Texniki Xidmətlər


"TS Avtomatika" MMC-nin yerinə yetirdiyi işlərin siyahısı.

Nəzarət-ölçü cihazlarının, avtomatika vasitələrinin, nəzarət və idarəetmə, yanğından, partlayışdan, sanksiyasız müdaxilədən mühafizə-siqnalizasiya, videonəzarət, videoproyeksiya, səsləndirmə, binalara giriş-çıxış turniket, təxliyyə siqnalsistemlərinin quraşdırılması, sazlanması, təmiri və texniki xidməti.

Dərin dəniz özüllərində, estakada meydançalarında və quru mədənlərində quyuağzı avadanlıqlarda, xətlərdə, separatorlarda, texnolojiçənlərdə NÖC və A vasitələrinin quraşdırılması, istismara yararsız olan NÖC və A vasitələrinin, materialların müasir, paslanmayan materialdan hazırlanmış cihazlarla, materiallarla, ventillərlə və manifoldlarla əvəz olunması.

DDÖ-lərdə istismar olunan dozator nasoslarının çıxış xətlərində reagentin fasiləsiz paylanmasına imkan verən manifold sistemlərinin quraşdırılması.

DDÖ-lərdə texnoloji avadanlıqlarda, xətlərdə, cihazlarda üfürmə əməliyyatı prosesində ətraf mühitə, göyərtəyə yayılan məhsulların itkisinə yol verməmək və ekoloji təmizliyi təmin etmək məqsədilə üfürmə məhsullarının drenaj tutumuna nəqli sisteminin qurulması.

DDÖ-lərdə istismar olunan Avtomatik Qazpaylayıcı Qurğularının, quyulardan hasil olunan neft və qaz məhsullarının Qrup Ölçü Qurğularının təmiri,uzun illər ərzində istismar nəticəsində yararsız hala düşmüş NÖC və a vasitələrinin və materialların yeniləri və müasirləri (paslanmayan materiallardan) ilə əvəz olunması.

NÖC və A vasitələrinin təmiri.

DDÖ-lərdə alçaq və yüksək təzqiqli qaz-kondensat (maye) separatorlarında, nəql xətlərində texnoloji parametrlərə nəzarət cihazlarının quraşdırılıb, məlumatın dispetçer otağına çıxarılması.

DDÖ-lərdə hasilat quyularının quyuağzı parametrlərinə nəzarət məqsədilə təzyiq çeviricilərinin quraşdırılması və məlumatların operator otağında mərkəzi nəzarət kompyüterinə ötürülməsi.

Kompressor stansiyalarında müasir, rəqəmsal NÖC və Avtomatika vasitələrinin, nəzarət və idaretmə, yanğından və partlayışdan mühafizə-siqnalizasiya sistemlərinin quraşdırılması, sazlanması və təmiri.

Neftin yığılması, hazırlanması və nəqli məntəqələrində NÖC və Avtomatika vasitələrinin quraşdırılması və sazlanması.

Videoproyeksiya, binalara giriş-çıxış turniket sistemlərinin təchizatı.